Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”

Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
27 Noy 2024 11:10

“BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası öz möhtəşəm nəticələri ilə bütün dünyanı heyrətləndirdi. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə etdiyi paylaşımında Bakı COP tədbirinin ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcəyini xüsusi vurğulayıb”.

Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında deyib.

Millət vəkili bildirib ki, 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaq qürurverici haldır. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək tərəflər arasında danışıqların qərəzsiz aparılması üçün bütün imkanları ən yüksək səviyyədə təqdim edə bildi. Dövlət başçımızın təşəbbüsü və səyləri ilə bütün proses boyunca Azərbaycan, ilk növbədə, inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırışlar etdi. Eyni zamanda da ölkəmiz müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəyliyini bir daha nümayiş etdirdi. Bütün bunların nəticəsi olaraq, dünya tarixi Bakı nailiyyətinə şahid oldu.”

K.Qafarov 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsinin hədəf seçilməsinin möhtəşəm nailiyyət olduğunu vurğulayıb: “Cənab Prezident İlham Əliyevin dediyi kimi, Bakı əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qarşıya qoydu. Bununla da Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri çox üstələmiş oldu. Bu isə bilavasitə Azərbaycanın COP29-un Sədri olaraq apardığı intensiv, çoxtərəfli diplomatiya nəticəsində əldə olunmuş nailiyyətdir. Bu qərar qlobal investisiyaların yeni dalğasına təkan verəcək. Əldə olunmuş daha bir görkəmli nailiyyət “İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü”dür. Bu təşəbbüsə əsasən 8 BMT agentliyi, 3 çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edilmişdir ki, həmin bəyanat çərçivəsində də İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri qəbul edildi və Bakı COP Sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradıldı” .

21 İyun 2025
Siyasət

Azərbaycan Albaniya ilə turizm əməkdaşlığına dair Anlaşma Memorandumu imzalayıb

Dövlət Turizm Agentliyinin (DTA) tabeliyindəki Azərbaycan Turizm Bürosu ilə Albaniya Milli Turizm Agentliyi arasında turizm sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə Anlaşma Memorandumu imzalanıb.

21 İyun 2025
Siyasət

Liviya səfiri: "Şuşa özünün bərpa templəri ilə təəccübləndirməyə davam edir"

"Şuşa şəhəri özünün bərpa və dirçəliş templəri ilə təəccübləndirməyə davam edir".

21 İyun 2025
Siyasət

Milli Məclisin növbəti iclası başladı

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.

21 İyun 2025
Siyasət

Çexiya səfiri: "Qarabağda bərpa işlərinin miqyası heyranedicidir"

"Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa işlərinin miqyası heyranedicidir".

21 İyun 2025
Siyasət

Fransa səfiri: "Şuşa Azərbaycanın incəsənət və mədəniyyət rəmzidir"

"Şuşa Azərbaycan mədəniyyətini anlamağa imkan verən bir şəhərdir".