Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.
"Report" xəbər verir ki, mərhələnin son oyununda "Qəbələ" doğma meydanda "Baku Sportinq"lə qarşılaşıb.
Qəbələ şəhər stadionunda baş tutan matçda meydan sahibləri 4:0 hesablı qələbəyə sevinib.
Bölgə təmsilçisinin heyətində Domi Massumo dubl (5, 43) müəllifi olub. Digər qolları isə Ruslan Vorontsov (20) və Fərid İsgəndərov (75) rəqibin qapısından keçiriblər.
Bu qələbə sayəsində Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv 1/8 finalda "Qarabağ"ın rəqibi olub.
Qeyd edək ki, raundun əvvəlki oyunlarında "Turan Tovuz" "Hypers Guba"nı (7:2), MOİK "Şimal"ı (3:1), "Araz-Naxçıvan" "Şahdağ Qusar"ı (4:0), "Kəpəz" "Ağdaş"ı (6:0), "Səbail" "Dinamo"nu (6:0), "Qaradağ Lökbatan" "Karvan"ı (3:0), "Mingəçevir" "Zaqatala"nı (1:0), "Difai" "Şəfa"nı (3:2), "Şamaxı" isə "Şəmkir"i (6:1) məğlub edib. 1/8 final qarşılaşmaları dekabrın 3-4-də keçiriləcək.
Bu gün Azərbaycan Basketbol Liqasında III turun daha iki oyunu keçiriləcək.
Azərbaycanın kişi həndbolçularından ibarət "Azəryol" komandası Bakıda təlim-məşq toplanışı keçirən Qazaxıstanın "Turan" kollektivi ilə qarşılaşıb.
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin bütün cütləri bəlli olub.