Azərbaycan millisi Türkiyə ilə qarşılaşıb

Azərbaycan millisi Türkiyə ilə qarşılaşıb
31 Okt 2024 15:36

Qəbələdə təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama görüşünü keçirib.

"Report" xəbər verir ki, U-15 Qəbələdə hazırlıq keçən Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə ikinci dəfə qarşılaşıb.

Oyun 2:2 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolları 54-cü dəqiqədə Uğur Qurbanlı və 77-ci dəqiqədə penaltidən Əli Bəşirov vurublar.

Qeyd edək ki, komandalar arasında oktyabrın 28-də keçirilən ilk görüşdə Türkiyə yığması 2:0 hesablı qələbə qazanıb. 


6 Noy 2025
İdman

Azərbaycanın cüdo məşqçisi Yaponiyada beynəlxalq seminarı uğurla tamamlayıb

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşəbbüsü ilə yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov Yaponiyada keçirilən beynəlxalq məşqçilik seminarını uğurla tamamlayıb.

6 Noy 2025
İdman

Azərbaycanın voleybol millisi İslamiadada növbəti qələbəsini qazanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ikinci qələbəsini qazanıb.

6 Noy 2025
İdman

Azərbaycanın veteran cüdoçusu dünya çempionu oldu

Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında daha iki medal əldə edib.

5 Noy 2025
İdman

Britaniyanın Azərbaycandakı səfiri "Qarabağ"a azarkeşlik edir

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld UEFA Çempionlar Liqasının dördüncü turunun "Qarabağ" - "Çelsi" oyununda Ağdam təmsilçisinə azarkeşlik edəcəyini açıqlayıb.

5 Noy 2025
İdman

Sumqayıtda gənc cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçirilib

Sumqayıt Olimpiya İdman Kompleksində 20 yaşadək gənc cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək.