Bakı metrosunda daha 2 qatar noyabrın 8-dək xәttә buraxılacaq

Bakı metrosunda daha 2 qatar noyabrın 8-dək xәttә buraxılacaq
31 Okt 2024 15:33

Daha 2 qatarın xәttә buraxılması noyabrın 8-nә qәdәr tәmin edilәcәk.

Trend-in xəbərinə görə, bu barədə oktyabrın 31-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verilib.

Bildirilib ki, Vaqonların Bakıda yığılaraq komplektlәşdirilmәsi, sazlama, hәmçinin sınaq işlәrinin aparılması mәqsәdilә Bakı metropoliteninә istehsalçı şirkәtin 54 nәfәrdәn ibarәt heyәti ezam edilib. Yeni nәsil qatarların hәr birinin baş vaqonları 315, orta vaqonları 329 sәrnişin üçün hesablanıb.

Baş vaqonlarda 38, orta vaqonlarda 44 oturacaq var. Vaqonların qapıları 1400 mm olmaqla әvvәlki nәsil vaqonlarla müqayisәdә 12 faiz daha genişdir. Qatarlarda әlil arabaları, iri yüklәr vә uşaq arabaları üçün çoxfunksiyalı zonalar, mikroiqlim nәzarәti, videomüşahidә, interaktiv sәrnişin mәlumatlandırma sistemlәri, mobil cihazlar üçün USB portlar, orijinal işıq qrafikası mövcuddur.

Vaqonlar hermetik olduğuna görə sәs-küysüzdür vә istilik izolyasiyasına malikdir. Әvvәlki nәsil qatarlarla müqayisәdә vaqondan-vaqona birbaşa keçidlәr sәrnişinlәrin qatar boyunca hәrәkәtini tәmin edir. Bakıya gәtirilmiş 7 qatardan 5-nin yığılaraq komplektlәşdirilmәsi, sazlanması və sınaq işlәri başa çatdırılıb.

Qeyd edilib ki, yeni qatarlar nәzәrә alınmaqla, Bakı metropoliteninin vaqon parkında innovasiyalar baxımından sonuncu nәslә mәnsub vaqonların ümumi sayı 150-yә çatdırılıb.


15 İyul 2025
Cəmiyyət

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

15 İyul 2025
Cəmiyyət

Ağdamın daha iki kəndində TİKİNTİ BAŞLAYIR

"Gələn ilin sonuna kimi Ağdamın daha iki kəndində bərpa işləri aparılaraq əhalinin köçü təmin ediləcək".

15 İyul 2025
Cəmiyyət

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub.

15 İyul 2025
Cəmiyyət

Cəlilabadda meşədə yanğın başlayıb

Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik ərazidə yanğın başlayıb.