Prezident Konqonun Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident Konqonun Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
31 Okt 2024 14:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Konqo Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İvan Vanqu Nqimbinin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizə müxtəlif istiqamətlərdə yeni təkan verilməsinin zəruriliyini qeyd edərək, siyasi əlaqələrin yaxşı səviyyəyə çatdığını, ticarət və iqtisadi sahələrdə isə görüləsi çox işlərin olduğunu deyib.

Dövlətimizin başçısı beynəlxalq təşkilatlar, ilk növbədə, BMT və Qoşulmama Hərəkatı çərçivəsində bu günə qədər ölkələrimiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb və bunun gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Səfir ilk növbədə Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedinin salamlarını və Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi ilə bağlı təbriklərini dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Konqo dövlətinin başçısına çatdırmağı xahiş edib.

Səfir Azərbaycan ilə Konqo arasında təhsil, bank, maliyyə, mədənçilik, təhlükəsizlik sektorlarında və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunub.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir Konqo Demokratik Respublikasının Prezidentinin bu tədbirdə iştirak edəcəyini vurğulayıb.

Prezident İlham Əliyev Konqo Prezidentinin COP29 tədbirində iştirak edəcəyindən məmnunluğunu bildirib.


21 İyun 2025
Siyasət

Azərbaycan Albaniya ilə turizm əməkdaşlığına dair Anlaşma Memorandumu imzalayıb

Dövlət Turizm Agentliyinin (DTA) tabeliyindəki Azərbaycan Turizm Bürosu ilə Albaniya Milli Turizm Agentliyi arasında turizm sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə Anlaşma Memorandumu imzalanıb.

21 İyun 2025
Siyasət

Liviya səfiri: "Şuşa özünün bərpa templəri ilə təəccübləndirməyə davam edir"

"Şuşa şəhəri özünün bərpa və dirçəliş templəri ilə təəccübləndirməyə davam edir".

21 İyun 2025
Siyasət

Milli Məclisin növbəti iclası başladı

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.

21 İyun 2025
Siyasət

Çexiya səfiri: "Qarabağda bərpa işlərinin miqyası heyranedicidir"

"Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa işlərinin miqyası heyranedicidir".

21 İyun 2025
Siyasət

Fransa səfiri: "Şuşa Azərbaycanın incəsənət və mədəniyyət rəmzidir"

"Şuşa Azərbaycan mədəniyyətini anlamağa imkan verən bir şəhərdir".