İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (30.10.2024 -31 .10.2024) açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.
Qeyd edilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 43 tank əleyhinə mina, 162 piyada əleyhinə mina, 2777 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Bildirilib ki,1157 hektar ərazi minalardan təmizlənib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Bakıda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib, dini icmanın fəaliyyəti ilə tanış olublar.
Bu ilin yanvar-may aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 495 min 500 sərnişin daşınıb.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun növbəti iclası Xankəndi şəhərində baş tutub.