Noyabrın 7-də, saat 09:30-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Neftçala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Biləsuvar, Neftçala rayonları və Şirvan şəhər sakinlərini qəbul edəcək.
"Report" nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula noyabrın 6-nə qədər nazirliyin “Çağrı Mərkəzi” (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
İsrailin Azərbaycandakı səfirliyində Holokost qurbanlarının xatirəsi yad edilib.
Azərbaycanda ticarət şəbəkələrinin daxili siyasətlərində yeni yanaşmalar tətbiq etməsi və sosial məsuliyyətin artması müşahidə edilir.
İsrailin "Israel Aerospace Industries" (IAI) aerokosmik şirkəti tərəfindən təqdim olunan "Mini Communication Satellite" (MCS) layihəsi peyk rabitəsi sahəsində Azərbaycanda da yeni imkanlar açır.