Naxçıvanın kəndlərində elektrik xətləri yenilənir

Naxçıvanın kəndlərində elektrik xətləri yenilənir
30 Okt 2024 14:01

Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında elektrik verilişi xətlərində yenidənqurma işləri aparır.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Energetika Xidməti məlumat yayıb.

Bildirilib ki, muxtar respublikada ötən əsrin sonlarından istismar olunan hava elektrik verilişi xətləri yenilənir, istismar müddəti bitmiş taxta dirəklər dəmir-metal dirəklərlə əvəz olunur. Proses daha keyfiyyətli şəkildə aparılır.

Demək olar ki, muxtar respublikanın bütün kəndlərində işlər davam etdirilir. Hazırda Şərur rayonunun Muğanlı, Xələc, Babək rayonunun Şəkərabad, Culfa rayonunun Ləkətağ və Boyəhməd kəndlərində elektrik xətləri yenilənir.

Qeyd edək ki, Muxtar respublikanın kəndlərinin elektrik təsərrüfatının yenidən qurulması üçün Xidmətin vəsaiti hesabına dövlət satınalmaları həyata keçirilərək bir çox mal-materiallar da alınıb. Alınan müasir özünü daşıyan izolyasiyalı kabellər (SİP) və aksesuarları, güc transformatorları, izolyatorlar, kabel ucluqları, tikinti materialları və digər avadanlıqlar muxtar respublika üzrə kəndlərin elektrik təsərrüfatının yenilənməsində istifadə olunur.

Həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”çərçivəsində 20 kəndin 10 kilovoltluq və 0.4 kilovoltluq elektrik şəbəkəsinin layihələndirilərək yenidən qurulması nəzərdə tutulub.

İlkin olaraq bununla əlaqədər Xidmət tərəfindən dövlət satınalınması həyata keçirilib. Culfa rayonunun Yaycı, Babək rayonunun Qahab, Şahbuz rayonunun Kolanı, Şərur rayonunun Xanlıqlar və Sədərək rayonunun Qaraağac kəndlərində topoqrafiya işləri aparılıb, layihələndirmə işlərinə başlanılıb. Digər nəzərdə tutulan 15 kəndin elektrik təsərrüfatının yenidən qurulması üçün müvafiq tender elan edilib.

Xidmətin məlumatında deyilir ki, görülən işlərin nəticəsində abonentlər daha keyfiyyətli, dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq, şəbəkələrdə qəza və imtinaların sayı minimuma endiriləcək, elektrik enerjisinin texniki itkiləri azalacaq.


12 May 2025
Cəmiyyət

Ötən həftə 1315,7 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə mayın 5-dən 11-nə qədər 32 tank əleyhinə mina, 45 piyada əleyhinə mina, 274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

12 May 2025
Cəmiyyət

AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir

Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün "Azərbaycan Hava Yolları"nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

12 May 2025
Cəmiyyət

Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Nizami rayonunda vətəndaşları qəbul edəcək.

12 May 2025
Cəmiyyət

Sabah 28 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

12 May 2025
Cəmiyyət

Son aylarda Azərbaycanda qızılca xəstəliyinə tək-tək hallarda rast gəlinir - RƏSMİ

Görülən məqsədyönlü tədbirlər nəticəsində son aylarda Azərbaycanda qızılca halları yalnız sporadik (tək-tək) şəkildə qeydə alınır.