Dövlət Xidməti Daşkəsəndə Zəfər Günü ilə bağlı tədbir keçirib

Dövlət Xidməti Daşkəsəndə Zəfər Günü ilə bağlı tədbir keçirib
30 Okt 2024 13:07

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı, Daşkəsən rayon İcra Hakimiyyətinin dəstəyi ilə 8 noyabr – Zəfər Günü ərəfəsində Daşkəsən şəhərində yerləşən Anar Mürsəlov adına 2 saylı tam orta məktəbdə tədbir keçirilib.

Bu barədə "Report"a Dövlət Xidmətindən məlumat verilib.

“Vətənpərvər Azərbaycan gəncliyi – bu günün və sabahın qurucusu: zərərli vərdişlərə YOX deyir” mövzusunda keçirilən görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Vətən Müharibəsi iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəblilər və digər nümayəndələr iştirak ediblər.

Tədbirdə çıxış edən SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən danışıb, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb.

Həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Vətən müharibəsi iştirakçısı, baş leytenant Ceyhun Əliyev isə 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb, gənclərə dəyərli tövsiyələr verib.

Tədbirin sonunda məktəblilərin sualları cavablandırılıb və onların iştirakı ilə səhnələşdirilən vətənpərvərlik mövzusunda olan ədəbi-bədii kompozisiya nümayiş olunub.


17 Apr 2025
Cəmiyyət

Beş paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin beş şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib.

17 Apr 2025
Cəmiyyət

Azərbaycana 16 ölkədən qızıl idxal edilib

2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana 1 milyard 422.1 milyon ABŞ dolları dəyərində 15 min 868.46 kiloqram qızıl idxal edilib.

17 Apr 2025
Cəmiyyət

XI siniflərin buraxılış imtahanının nəticələri açıqlanıb, 20 nəfər maksimum bal toplayıb

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

17 Apr 2025
Cəmiyyət

Güclü külək nəticəsində Bakıda 368 ağac sınıb, 55-i zədələnib

Bakı və Abşeron yarımadasında ardıcıl iki gün güclü küləklə müşayiət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejimində çalışırlar.

17 Apr 2025
Cəmiyyət

Sabah hava necə olacaq? - 18.04.2025

Azərbaycan ərazisində aprelin 18-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.