İran rejimi çətin seçim qarşısında

İran rejimi çətin seçim qarşısında
30 Okt 2024 10:42

Zaman keçdikcə, İsrailin İrana oktyabrın 26-da baş tutmuş hücumunun yeni təfərrüatı və detalları üzə çıxır. Və məlum olur ki, İsrail aviasiyasının zərbələri nəticəsində İranın məruz qaldığı itkilər rəsmi Tehranın iddia etdiyindən qat-qat böyükdür. Söhbət, təkcə insan itkisindən getmir, hərçənd bu baxımdan da İsrailin İrana hücumu Tehranın bu ilin aprel və oktyabr aylarında İsrailə qarşı həyata keçirdiyi "Doğru vəd - 1" və "Doğru vəd - 2" əməliyyatları ilə müqayisə oluna bilməz.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

İran tərəfi İsrailin hava zərbələri nəticəsində əvvəlcə iki, daha sonra dörd hərbçisinin həlak olduğunu açıqlayıb, ardınca isə İsrail raketinin düşməsi nəticəsində Şəmsabad bölgəsində bir mühafizəçinin də öldüyü məlum olub. Amma bəzi mənbələr ölü sayının 20 nəfərdən çox olduğunu bildiriblər.

Bununla belə, İranın rəsmi qurumları İsrailin həyata keçirdiyi hücumun ölkəyə ciddi bir ziyan vurmadığını iddia ediblər. Hücumdan dərhal sonra İran Silahlı Qüvvələrinin Baş Qərargahı yaydığı xüsusi bəyanatda İsrailin atdığı uzaqmənzilli raketlərin ölkəyə "məhdud və az təsirli xəsarət yetirdiyini" vurğulayıb. O da qeyd olunub ki, İsrail aviasiyasının İraq səmasından, İranla sərhəddən təqribən 100 kilometr məsafədən "çox yüngül başlıqlara malik" raketlərlə endirdiyi zərbələr nəticəsində bir neçə radar qurğusuna ziyan dəyib, onların da bəzisi dərhal təmir olunub, qalanları da təmir edilməkdədir. Lakin sonrakı günlərdə ortaya çıxan faktlar, eləcə də peyk çəkilişləri, o cümlədən Parçindəki hərbi obyektə və bütövlükdə ölkənin hava hücumundan müdafiə sisteminə vurulan ağır zərbələr bu açıqlamanın İsrailin İrana ilk açıq və birbaşa hücumunun real nəticələrini ciddi şəkildə kiçiltməyə və bir növ ört-basdır etməyə yönəldiyini nümayiş etdirib.

 


17 İyun 2025
Dünya

İsrail ordusu İrana yeni zərbələr endirməyə başlayıb

İsrail Hərbi Hava Qüvvələri (HHQ) Tehrana qarşı yeni zərbələr həyata keçirib.

17 İyun 2025
Dünya

İsrail İranın raket hücumları nəticəsində zərər və itkiləri AÇIQLADI

İran son eskalasiya mərhələsinin əvvəlindən bəri İsrailə qarşı təxminən 400 raket və yüzlərlə pilotsuz uçuş aparatı (PUA) buraxıb.

17 İyun 2025
Dünya

İsrail ordusu İrana yeni zərbələr endirməyə başlayıb

İsrail Hərbi Hava Qüvvələri İranın qərbinə yeni hava hücumu dalğasına başlayıb.

17 İyun 2025
Dünya

İranda uçuşlara qoyulan qadağa iyunun 18-nə qədər uzadılıb

İran hakimiyyəti ölkə daxilində və xaricində uçuşlara qoyulan qadağanı iyunun 18-nə qədər uzadıb.

17 İyun 2025
Dünya

Avropada qazın qiymətləri ARTDI

Avropada qazın qiymətləri 1 000 kubmetr üçün təxminən 475 dollara qədər artıb.