Leyla Əliyeva Sumqayıtda "Ülviyyət" adlı tədbirdə iştirak edib

Leyla Əliyeva Sumqayıtda "Ülviyyət" adlı tədbirdə iştirak edib
29 Okt 2024 13:28

Oktyabrın 28-də Sumqayıt Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Ülviyyət" adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Tədbirin açılışında Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin simli kvartetinin ifasında musiqi əsərləri səsləndirilib.

Leyla Əliyeva tədbirdə sərgilənən müxtəlif sənət əsərləri ilə yaxından tanış olub. Sərgidə rəssamlıq, daş tozundan fiqurların tökülməsi, ağac üzərində bədii oyma, toxuculuq və digər sənət növləri üzrə əl işləri nümayiş olunub. Tədbir çərçivəsində, həmçinin şəhid ailəsi üzvlərinin əl işlərindən ibarət kulinariya sərgisi də təşkil edilib.

Bundan əlavə, şəhid övladlarından ibarət "Zəfər sədası" xor qrupunun ifasında səsləndirilən Vətənə həsr olunmuş mahnılar tədbirə xüsusi ab-hava qatıb.

Sonda Sumqayıt Reabilitasiya Mərkəzinin əməkdaşları və sağlamlıq imkanları məhdud şəxslər birgə türk rəqsi ifa ediblər. Qarabağ müharibəsi qazisi və Sumqayıt Reabilitasiya Mərkəzinin əməkdaşının inklüziv rəqsi də iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, bu cür tədbir və sərgilərin təşkili əlilliyi olan şəxslərin və şəhid ailələrinin üzvlərinin cəmiyyətə daha çox inteqrasiyasına, onların inklüzivlik meyarlarının artmasına və sosial statuslarının yaxşılaşmasına xidmət edir.

 

 


13 İyun 2025
Siyasət

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.

13 İyun 2025
Siyasət

Hikmət Hacıyev Çex Respublikasının rəsmiləri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çex Respublikasının xarici işlər nazirinin birinci müavini Jiri Kozak ilə görüşüb.

13 İyun 2025
Siyasət

Prezidentin 1,5 milyon manat ayrıdığı yolların yenidən qurulmasına başlanıldı

Oğuz rayonu ərazisində bir sıra kəndləri respublika əhəmiyyətli avtomobil yolu ilə birləşdirən yolların yenidən qurulmasına başlanılıb.

13 İyun 2025
Siyasət

Zakir Həsənov İrana başsağlığı verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı verib.

13 İyun 2025
Siyasət

Paytaxtda silah-sursat tapılıb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.