İranın İsrailə atdığı raketlərin işıqları Türkiyənin Mersin şəhərinin çimərliklərdən görüntülənib.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Xatırladaq ki, İran ötən gecə İsrailə raket hücumu həyata keçirib. Atılan raketlər isə Türkiyənin Aralıq dənizi sahillərindəki bəzi şəhərlərdən qismən görünüb. Mersin sahillərindən görünən raket işıqları diqqət çəkib.
Həmin anlar sahildə olan vətəndaşlar tərəfindən mobil telefonlarla lentə alınıb. İşıqların intensivliyi xüsusilə maraq doğurub.
Myanmada 7.7 bal gücündə zəlzələ baş verib.
Rusiyanın Maqadan vilayətindəki aşırımda qar uçqunu altında qalan iki turist Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən təxliyə edilib.
Qırğızıstanın Özbəkistanla həmsərhəd olan cənub Cəlalabad vilayətində episentrdə daha bir zəlzələ baş verib.
Qazaxıstanın mərkəzi hissəsində 5.2 maqnitudada zəlzələ qeydə alınıb.
Misir və ABŞ-dən olan beynəlxalq arxeoloqlar qrupu Nilin qərb sahilində yerləşən qədim Abidos şəhərində heyrətamiz bir kəşf edib. Alimlər yerin yeddi metrdən çox dərinliyində naməlum firona məxsus məzar aşkarlayıblar.