Azərbaycan Omanda keçirilən Qlobal Valyuta Forumunda təmsil olunur

Azərbaycan Omanda keçirilən Qlobal Valyuta Forumunda təmsil olunur
02 Okt 2024 14:30

Azərbaycan Mərkəzi Bankı (AMB) Omanın paytaxtı Muskatda keçirilən “Qlobal Valyuta Forumu 2024” tədbirində iştirak edir.

“Report” xəbər verir ki, bunu AMB-nın baş direktoru Rəşad Məmmədov bildirib.

O qeyd edib ki, forum maliyyə üzrə liderlər və yenilikçilər üçün valyutanın gələcəyini müzakirə etmək, əlaqələndirmək və formalaşdırmaq üçün misilsiz bir fürsətdir: “Maliyyə sahəsində ən qabaqcıl düşüncələrin bir araya gəlib qlobal valyutaların gələcəyini müzakirə etməsi və dizayn etməsi bu tədbiri unikal edir. Bu forum, sənaye liderləri, novatorlar və siyasətçilər üçün əməkdaşlıq və innovasiya vasitəsilə valyutanın gələcəyini araşdırmaq üçün əvəzsiz imkan təqdim edir. Təşkilatımızı təmsil etməkdən qürur duyuruq".


4 Okt 2024
Siyasət

Prezident: "Azərbaycanın böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi bundan sonra da uğurla gedəcək"

"Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək".

4 Okt 2024
Siyasət

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.

4 Okt 2024
Siyasət

Azərbaycan Prezidenti: "Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür"

"Bizim Qələbəmiz, əlbəttə ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir, hesab edirəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq hərbi Qələbədir".

4 Okt 2024
Siyasət

Mikayıl Cabbarov ilə xarici şirkət rəhbəri arasında görüş keçirilib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Technip Energies" şirkətinin İdarə Heyətinin üzvü Marko Villa ilə görüş keçirib.

4 Okt 2024
Siyasət

Azərbaycan Prezidenti: "Ermənistan təhlükəli oyunlara qoşulub"

"Ermənistan təhlükəli oyunlara qoşulub, İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın.