Firudin Tağıyev: "Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların təxminən yarısı əkin üçün yararlıdır"

Firudin Tağıyev: "Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların təxminən yarısı əkin üçün yararlıdır"
01 Okt 2024 13:10

Hazırda kənd təsərrüfatı sahəsinin mərkəzində idarə olunan suvarma sistemi dayanır.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 2-ci günündə bildirib.

Onun sözlərinə görə, Azərbaycan torpaq resursu məhdud olan ölkələrdən biridir: "Ölkədə torpaqların 55 %-i kənd təsərrüfatı təyinatlı torpaqlardır. Bunun təxminən yarısı isə əkin üçün yararlıdır. Qalanları isə heyvandarlıq üçün istifadə edilən ərazilərdir".

F. Tağıyev, ölkədə dəmyə əkinçiliyin uğurlu olmadığını qeyd edib: "Ölkədə daha çox idarə olunan suvarma sisteminin artımını gözləyirik. Bu sistemlər təkcə kənd təsərrüfatı sahəsində suyun qənaət edilməsi ilə deyil, həm də məhsuldarlığın artması ilə nəticələnir. Odur ki, hazırda kənd təsərrüfatı sahəsinin mərkəzində idarə olunan suvarma sistemi dayanır".


19 Mar 2025
Siyasət

Arzu Əliyevadan Novruz bayramı münasibəti ilə paylaşım

Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva Novruz bayramı münasibəti ilə xalqımızı təbrik edib.

19 Mar 2025
Siyasət

Elçin Əmirbəyov Braziliyada mühüm görüşlər keçirib

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Braziliyaya işgüzar səfəri çərçivəsində Braziliya Milli Konqresinin üzvü Altino Kortes, Braziliya Senatının Xarici Əlaqələr və Milli Müdafiə Komitəsinin sədri Nelsinyo Tradla görüşüb.

19 Mar 2025
Siyasət

Leyla Əliyeva Qırmızı qəsəbədə "Altı günbəz" sinaqoqunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva martın 18-də Qubadakı Qırmızı qəsəbədə "Altı günbəz" sinaqoqunda olub.