Oktyabrın 18-də energetika naziri Pərviz Şahbazov Göygöl, Gəncə, Goranboy, Naftalan, Samux, Daşkəsən və Kəlbəcərdən olan vətəndaşları qəbul edəcək.
"Report" nazirliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Göygöl rayon Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri, Hummel küçəsi, AZ2500) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs: Vüsal Paşayev: əlaqə telefonu: (055) 233-97-99, elektron poçt ünvanı: ganja@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.
Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva Novruz bayramı münasibəti ilə xalqımızı təbrik edib.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Braziliyaya işgüzar səfəri çərçivəsində Braziliya Milli Konqresinin üzvü Altino Kortes, Braziliya Senatının Xarici Əlaqələr və Milli Müdafiə Komitəsinin sədri Nelsinyo Tradla görüşüb.
Xankəndidə torpaq çərşənbəsi qeyd olunub.