Azərbaycan təmsilçiləri Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə "Dobrovolskiy" kubokunda 4 medal qazanıblar.
Oxu.Az xəbər verir ki, tamblinq proqramında Mixail Malkin bütün rəqiblərini üstələyib.
Adil Hacızadə və Aleksey Karataşov isə gümüş medal qazanıblar.
Batut gimnastikasında sinxron proqram üzrə Ammar Baxşalıyev - Əli Niftalıyev cütlüyü bürünc medal əldə edib.
Azərbaycan Güləş Federasiyası Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına gimnaziyaya media tur təşkil edib.
Azərbaycan cüdoçusu Süleyman Şükürov Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
Şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.