İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi

İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi
30 Sent 2024 14:34

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik ünvanlayıb.

President.az xəbər verir ki, təbrikdə deyilir:

"Yəhudi xalqının milli yeni il bayramı - Roş ha-Şana münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Şərqlə Qərbin qovuşuğunda körpü rolunu oynayan Azərbaycan uzun əsrlərdən bəri xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin mövcud olduğu və etnik-mədəni rəngarəngliyin, yüksək multikultural dəyərlərin qorunub saxlandığı nadir məkanlardandır. Burada tarix boyu ən müxtəlif mədəniyyətlərin və etiqadların nümayəndələri ayrı-seçkiliyə məruz qalmadan həmişə sülh, mehriban qonşuluq, qarşılıqlı etimad və hörmət şəraitində bir ailə kimi yaşamışlar. Bu gün də nümunəvi tolerantlıq mühitinin hökm sürdüyü ölkəmizdə etnik və dini azlıqların, o cümlədən yəhudi icmasının öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanaraq adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaları üçün geniş imkanlar mövcuddur.

Xüsusi vurğulamaq istəyirəm ki, cəmiyyətimizin ayrılmaz hissəsi və bərabərhüquqlu üzvü olaraq yəhudiəsilli vətəndaşlarımız Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması işinə töhfələr verir, hazırda böyük tərəqqi və sürətli inkişaf mərhələsini yaşayan respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edirlər.

Əziz dostlar!

Yeniliyin, mənəvi saflığın, həmrəyliyin və xeyirxahlığın təcəssümünə çevrilən Roş ha-Şana münasibətilə hamınızı bir daha təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bolluq və bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!"


24 Apr 2025
Siyasət

İsrailin Azərbaycandakı səfirliyində Holokost qurbanlarının xatirəsi yad edilib

İsrailin Azərbaycandakı səfirliyində Holokost qurbanlarının xatirəsi yad edilib.

24 Apr 2025
Siyasət

Elnur Bağırov: "Bir çox ticarət şəbəkələri yerli məhsullar satmağa üstünlük verir"

Azərbaycanda ticarət şəbəkələrinin daxili siyasətlərində yeni yanaşmalar tətbiq etməsi və sosial məsuliyyətin artması müşahidə edilir.

24 Apr 2025
Siyasət

Azərbaycan İsrailin peyk texnologiyasına maraq göstərir

İsrailin "Israel Aerospace Industries" (IAI) aerokosmik şirkəti tərəfindən təqdim olunan "Mini Communication Satellite" (MCS) layihəsi peyk rabitəsi sahəsində Azərbaycanda da yeni imkanlar açır.

24 Apr 2025
Siyasət

Bişkekdə Azərbaycanın Qədim Musiqi Alətləri Ansamblının konserti olub

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Qədim Musiqi Alətləri Ansamblının konsert proqramı təqdim edilib.

24 Apr 2025
Siyasət

Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri aprelin 24-də başa çatıb.