Prezident: "Biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik"

Prezident: "Biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik"
30 Sent 2024 14:30

"Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük".

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında bildirib.

"O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər", - deyən dövlətimizin başçısı vurğulayıb ki, əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik.


19 Mar 2025
Siyasət

Arzu Əliyevadan Novruz bayramı münasibəti ilə paylaşım

Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva Novruz bayramı münasibəti ilə xalqımızı təbrik edib.

19 Mar 2025
Siyasət

Elçin Əmirbəyov Braziliyada mühüm görüşlər keçirib

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Braziliyaya işgüzar səfəri çərçivəsində Braziliya Milli Konqresinin üzvü Altino Kortes, Braziliya Senatının Xarici Əlaqələr və Milli Müdafiə Komitəsinin sədri Nelsinyo Tradla görüşüb.

19 Mar 2025
Siyasət

Leyla Əliyeva Qırmızı qəsəbədə "Altı günbəz" sinaqoqunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva martın 18-də Qubadakı Qırmızı qəsəbədə "Altı günbəz" sinaqoqunda olub.