Müəllimlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsinin vaxtı açıqlandı

Müəllimlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsinin vaxtı açıqlandı
05 Sent 2024 11:03

Sertifikatlaşdırma prosesinin müsahibələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Oxu.Az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. 9 sentyabr tarixindən etibarən sertifikatlaşdırma prosesinin müsahibələri təşkil olunacaq.

Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.

Xatırladılıb ki, test imtahanlarında keçid balı toplayan şəxslərin əməkhaqqına 10%, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına 35% əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.

Qeyd edilib ki, 2023-cü ildə təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində 21 883 nəfər təhsilverən iştirak edib. İştirak edən təhsilverənlərdən 21 784 (99.5%) nəfəri uğur qazanıb.


18 Mar 2025
Cəmiyyət

Şəkidə İlaxır çərşənbə adətləri

Bu gün Azərbaycanda Novruz bayramının dörd çərşənbəsindən sonuncusu - Torpaq çərşənbəsidir.

18 Mar 2025
Cəmiyyət

Sabah Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək - 19.03.2025

Azərbaycan ərazisində martın 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

18 Mar 2025
Cəmiyyət

Suqovuşanda məscid istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər.

18 Mar 2025
Cəmiyyət

Şuşada bayram yarmarkası keçirilir (FOTO)

Şuşa sakinləri uzun illərdən sonra baharın gəlişini doğma yurdlarında qarşılayırlar. Novruz bayramı münasibətilə Şuşa şəhərindəki “Güllü bağ”da bayram yarmarkası keçirilir.

18 Mar 2025
Cəmiyyət

Baş nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.