Bakı vaxtı ilə 20:45-də ölçüsü təxminən bir metr olan asteroid Yer kürəsinin atmosferinə 63 min km/saat sürətlə daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Nəşr qeyd edib ki, proqnozlara görə, kiçik asteroid atmosferdə yanıb, onun qalıqları isə dənizə düşüb. Səma cisminin düşməsi Filippində müşahidə edilib.
Alimlər asteroidin Yerə təxmini düşmə vaxtından səkkiz saat əvvəl görüblər. Bu, doqquzuncu dəfədir ki, alimlər səma cismi haqqında xəbərdarlıq edərək, onun atmosferə daxil olma anını dəqiq bildiriblər.
Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Səhiyyə Nazirliyi Zəngilan rayonun Ağalı kəndində əhali üçün səyyar müayinələr keçirib.