Məcnun Məmmədov Goranboyda vətəndaşları qəbul edəcək

Məcnun Məmmədov Goranboyda vətəndaşları qəbul edəcək
04 Sent 2024 17:26

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov sentyabrın 6-da saat 09:00-da Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Goranboy, Naftalan və Xocalı rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-379 29 29) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.


21 İyun 2025
Cəmiyyət

Xarici diplomatlar Şuşada yaşayış kompleksində olublar

Azərbaycanda akkreditə olunmuş diplomatlar, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada yaşayış kompleksində olub.

21 İyun 2025
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

21 İyun 2025
Cəmiyyət

Məktəbəhazırlıq qruplarına qəbul başladı

Bu gündən etibarən, 2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyata start verilir.

21 İyun 2025
Cəmiyyət

Xarici diplomatlar Bülbülün ev-muzeyində olublar

Azərbaycanda akkreditə olunmuş diplomatlar, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada Azərbaycanın görkəmli opera müğənnisi, musiqişünas və folklorşünas Bülbülün ev-muzeyini ziyarət edib.

21 İyun 2025
Cəmiyyət

Cəbrayılda insana məxsus olması ehtimal edilən skelet qalıqları tapılıb

Cəbrayıl rayonunda qazıntı işləri aparılarkən insana məxsus olması ehtimal edilən skelet qalıqları tapılıb.