Energetika naziri Xaçmazda vətəndaşları qəbul edəcək

Energetika naziri Xaçmazda vətəndaşları qəbul edəcək
04 Sent 2024 17:17

Energetika naziri Pərviz Şahbazov sentyabrın 12-də Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Report” nazirliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Xaçmaz rayon Heydər Əliyev Mərkəzində (ünvan: Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi 72) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialı (əlaqələndirici şəxs Famil Əliyev; əlaqə telefonları: (+99423) 325-12-38, (050) 235-17-57, elektron poçt ünvanı: office.khachmaz@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.


18 Apr 2025
Cəmiyyət

Azərbaycan buğda idxalını 36 %-ə yaxın artırıb

Bu ilin I rübündə Azərbaycana 287 min 995 ton buğda idxal edib.

18 Apr 2025
Cəmiyyət

Başlıbel sakini yaşadığı dəhşəti danışdı: "Güllə üstümüzə dolu kimi yağırdı"

Bu gün Başlıbel qətliamının ildönümüdür. Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğından 32 il ötür.

18 Apr 2025
Cəmiyyət

Suraxanıda I Qarabağ müharibəsinin itkin şəhidi Mübariz Hüseynov dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və 32 il sonra nəşinin qalıqları tapılan şəhid hərbi qulluqçu Mübariz Sabəddin oğlu Hüseynov dəfn olunub.

18 Apr 2025
Cəmiyyət

Şənbə gününün hava proqnozu açıqlanıb - 19.04.2025

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

18 Apr 2025
Cəmiyyət

Bəzi çaylarda suyun səviyyəsi artıb

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.