Adil Əliyev Macarıstanda fərqlənən kikboksçularla görüşüb

Adil Əliyev Macarıstanda fərqlənən kikboksçularla görüşüb
04 Sent 2024 17:08

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) fəxri prezidenti, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən gənclər və yeniyetmələr arasında dünya birinciliyində fərqlənən idmançılarla görüşüb.

AKF-dən "Report"a verilən məlumata görə, o, WAKO versiyası üzrə yarışda medal qazanmış kikboksçuları təbrik edib və onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Toplantıda AFK prezidenti Orxan Əliyev də iştirak edib. Qurum rəhbəri qazanılan uğurları yüksək qiymətləndirərək, qarşıdan gələn çempionat və birinciliklərdə idmançılara uğurlar arzu edib.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri 64 kikboksçu ilə qatıldığı Macarıstandakı turnirdə 5 qızıl, 8 gümüş və 23 bürünc mükafata sahib çıxıblar. 5 qızıl medalın 4-ü K1 versiyası üzrə əldə olunub.


14 Fev 2025
İdman

"Böyük Dəbilqə": Azərbaycanın üç cüdoçusu bürünc medal qazana bilər

Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda görüşə çıxacaqlar.

14 Fev 2025
İdman

Beş cüdoçumuz "Böyük Dəbilqə" turnirinə qələbə ilə start verib

Bu gün Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start verilib.

14 Fev 2025
İdman

Şahmat üzrə Azərbaycan çempionatı: Finalın ikinci günü

Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ikinci oyunları bu gün keçiriləcək.

14 Fev 2025
İdman

Şahmat üzrə Azərbaycan çempionatında finalın ilk oyunları keçirilib

Şahmat üzrə Azərbaycan çempionatının final mərhələsinin ilk oyunları keçirilib.

14 Fev 2025
İdman

Cüdoçularımız "Böyük Dəbilqə" turnirinin startını gözləyirlər

Bu gün Bakıda cüdo üzrə növbəti "Böyük Dəbilqə" turnirinə start verilir.