Kəlbəcərin İstisu qəsəbəsinin gələcək görüntüləri – FOTO

Kəlbəcərin İstisu qəsəbəsinin gələcək görüntüləri – FOTO
04 Sent 2024 15:15

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcərə səfəri zamanı sentyabrın 2-də təməli qoyularaq tikintisinə başlanılmış İstisu qəsəbəsinin gələcək görüntülərini öz sosial şəbəkə hesablarında paylaşıb.

“Report” komitəyə istinadən xəbər verir ki, Kəlbəcər rayonunun qərb hissəsində yerləşən, ümumi sahəsi 63,1 hektar olan İstisu qəsəbəsinin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Birinci mərhələdə salınacaq ərazinin sahəsi 39,2 hektar təşkil edir. Bu mərhələdə 159 fərdi evin inşası nəzərdə tutulur. Ümumilikdə layihəyə əsasən gələcəkdə burada “townhouse” tipli 71 ev (142 mənzil) və 180 mənzildən ibarət 10 bina da tikiləcək.

Həmçinin qəsəbədə bütün mühüm sosial obyektlər və lazımı infrastruktur imkanları yaradılacaq. Buraya 352 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, idman-sağlamlıq və klub-icma mərkəzi, tibb məntəqəsi və idman meydançası daxildir.

İstisu qəsəbəsi müasir standartlara əsasında inkişaf edərək mühüm rayon mərkəzlərindən birinə çevriləcək.


18 Apr 2025
Cəmiyyət

Azərbaycan buğda idxalını 36 %-ə yaxın artırıb

Bu ilin I rübündə Azərbaycana 287 min 995 ton buğda idxal edib.

18 Apr 2025
Cəmiyyət

Başlıbel sakini yaşadığı dəhşəti danışdı: "Güllə üstümüzə dolu kimi yağırdı"

Bu gün Başlıbel qətliamının ildönümüdür. Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğından 32 il ötür.

18 Apr 2025
Cəmiyyət

Suraxanıda I Qarabağ müharibəsinin itkin şəhidi Mübariz Hüseynov dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və 32 il sonra nəşinin qalıqları tapılan şəhid hərbi qulluqçu Mübariz Sabəddin oğlu Hüseynov dəfn olunub.

18 Apr 2025
Cəmiyyət

Şənbə gününün hava proqnozu açıqlanıb - 19.04.2025

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

18 Apr 2025
Cəmiyyət

Bəzi çaylarda suyun səviyyəsi artıb

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.