Prezident və birinci xanım Kəlbəcərdə 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar

Prezident və birinci xanım Kəlbəcərdə 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar
03 Sent 2024 09:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, bu yaşayış kompleksinin ümumi sahəsi 19,5 hektardır.

Birinci mərhələdə buraya 201 ailə köçürüləcək. Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır.

Dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində hazır mənzillərə baxdılar.

Kompleksdə, həmçinin "townhouse" tipli ikimərtəbəli 39 ev də inşa olunub. Bu evlərin hər biri üçotaqlıdır.

Diqqətə çatdırılıb ki, ikinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, "townhouse" tipli ikimərtəbəli 57 ev inşa olunacaq.

Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.


17 Apr 2025
Siyasət

Əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyin olunub

Prezident İlham Əliyevin Sərəncamları ilə Anar Bayramov və Rəşad Mustafayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər.  

17 Apr 2025
Siyasət

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası aprelin 22-də keçiriləcək. 

17 Apr 2025
Siyasət

Prezident İlham Əliyev Latviya ilə imzalanan sənədi təsdiqlədi

Prezident İlham Əliyev 2025-ci il yanvarın 16-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

17 Apr 2025
Siyasət

Azərbaycan və Latviya arasında vergi ilə bağlı Anlaşma Memorandumu təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Latviyanın Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumunu təsdiq edib. 

17 Apr 2025
Siyasət

Azərbaycan və Serbiya HHQ komandanları görüşüblər

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Serbiya Respublikası HHQ və Hava Hücumundan Müdafiə komandanı general-mayor Brane Krnyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.