İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcərdə su elektrik stansiyasının açılışında

İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcərdə su elektrik stansiyasının açılışında
02 Sent 2024 16:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən "Azərenerji" ASC-nin 22,5 MVt gücündə "Yuxarı Vəng" Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi istiqamətində strategiyasına uyğun olaraq "AzərEnerji" ASC tərəfindən Kəlbəcərdə yeni tikilən "Yuxarı Vəng" Su Elektrik Stansiyası Vətən müharibəsində Qələbəmizdən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir. Belə ki, təkcə bu SES-də istehsal edilən yaşıl enerji növbəti 5 il ərzində Kəlbəcər rayonunun elektrik enerjisi tələbatını tam ödəyə bilər.

Ümumi gücü 40 meqavat olan "Kəlbəcər" SES silsiləsi azad edilən ərazilərdə 42 meqavatlıq "Zəngilan" SES silsiləsindən sonra tikilən ikinci böyük silsilədir.

Bildirilib ki, "Yuxarı Vəng" SES-ə su iki mənbədən - "Nadirxanlı" SES-in çıxışı və Tutqu çayı üzərində inşa edilən baş suqəbuledici qurğudan daxil olur. Müasir avadanlıqla təchiz edilən stansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib və 24 damarlı optik kabel xətti çəkilib. Bununla da stansiya mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunmaqla yanaşı, ən müasir rəqəmsal idarəetmə sistemləri ilə təchiz olunub və burada lazımi kibertəhlükəsizlik tədbirləri görülüb.

Layihə çərçivəsində həyata keçirilən tikinti-quraşdırma işlərində ətraf mühit amilləri nəzərə alınıb. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması üçün xüsusi hidrotexniki qurğular layihələndirilərək tikilib.

Bu stansiyanın layihəsi "Azərenerji" ASC-nin Energetika İnstitutu tərəfindən hazırlanıb. Aparılan işlərdə yerli mütəxəssislərlə yanaşı, Avstriya və İtaliya şirkətlərinin mütəxəssisləri də iştirak ediblər.

Prezident İlham Əliyev "Yuxarı Vəng" Su Elektrik Stansiyasını işə salıb.

Bildirilib ki, "Yuxarı Vəng" SES-də il ərzində 66 milyon kilovat-saatadək yaşıl enerjinin istehsal olunması nəzərdə tutulur. Bu da 15 milyon kubmetr təbii qaza qənaət edilməsi, 27 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir.

Bu layihə BMT-nin iqlim dəyişikliyi ilə mübarizə və yaşıl enerjiyə keçidin sürətləndirilməsi baxımından əhəmiyyətlidir. "Yuxarı Vəng" SES "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində həyata keçirilən əhəmiyyətli təşəbbüslərdən biri olmaqla, Azərbaycanın enerji sektoru ilə bağlı beynəlxalq səviyyədə qəbul edilən ekoloji standartlara uyğun icra edilib və ölkəmizin yaşıl enerji inkişafına sadiqliyini göstərən bir nümunədir.

Stansiya əhalinin məşğulluğu baxımından da mühüm rol oynayır və burada məhz Kəlbəcər rayonunun sakinlərinin işlə təmin olunması nəzərdə tutulur.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə Qarabağ və Şərqi Zəngəzur ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı regiona çevrilib və elektrik enerjisi tələbatı tam həcmdə yaşıl enerji hesabına təmin edilir. Artıq qalan enerji ölkə enerji sisteminə ötürülür, bu da regional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir.


6 Sent 2024
Siyasət

Şəkinin daxili yolları təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şəki şəhərində ümumi sahəsi 36,1 km olan mərkəzi küçələrin təmirinə start verib.

6 Sent 2024
Siyasət

Ukraynanın Baş naziri Azərbaycan tərəfindən göstərilən humanitar yardımı yüksək qiymətləndirib

Ukraynanın Baş naziri Denis Şmıqal ölkəsinin Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş naziri tərəfindən ona ünvanlanan təbrik məktubuna görə Əli Əsədova təşəkkür edib.

6 Sent 2024
Siyasət

FHN azad olunmuş ərazilərindəki obyektlərdə tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib.

6 Sent 2024
Siyasət

Məcnun Məmmədov Goranboyda vətəndaşları qəbul edib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Bakı və Gəncə şəhərlərindən, Beyləqan, Cəbrayıl, Füzuli, Masallı, Göygöl, Goranboy, Samux, Ucar, Tərtər və digər rayonlardan olan vətəndaşları qəbul edib.

6 Sent 2024
Siyasət

Muxtar Babayev BMT rəsmisi ilə COP29-a hazırlığı müzakirə edib

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlığı müzakirə edib.