İlham Əliyev Vyetnam prezidentinə məktub göndərdi

İlham Əliyev Vyetnam prezidentinə məktub göndərdi
02 Sent 2024 11:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin xoş ənənələri mövcuddur. Dövlətlərarası münasibətlərimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur. Beynəlxalq təşkilatlar çərçivəsində uğurlu birgə fəaliyyətimiz və qarşılıqlı dəstəyimiz də bizi sevindirir.

Siyasi münasibətlərimizin yüksək səviyyəsi və fəal dialoqumuz bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, mədəni-humanitar, təhsil və digər sahələrdə səmərəli əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı zəmin yaradır.

İnanıram ki, sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-Vyetnam dostluq əlaqələrinin daha da inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Vyetnam xalqına daim əmin-amanlıq və rifah diləyirəm".


18 Yan 2025
Siyasət

Hakan Fidan və Ceyhun Bayramov mətbuata birgə açıqlama verirlər

Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə Xarici İşlər Nazirliyində mətbuata birgə açıqlamalar verirlər.

18 Yan 2025
Siyasət

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.

18 Yan 2025
Siyasət

Hakan Fidan Ceyhun Bayramovla görüşüb

Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. 

18 Yan 2025
Siyasət

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş xidməti müşavirə keçirilib.

18 Yan 2025
Siyasət

Cəbrayıl sakini: "Yoldaşımla çıxdığım doğma torpağıma indi nəvələrimlə qayıdıram"

"Ömrümüzün ən gözəl günlərini Cəbrayılda yaşamışıq. İndi artıq nəvələrimlə qayıdıram Vətənə".