Ötən gün Fransanın 24 departamentini cənginə almış güclü tufan bir çox bələdiyyələrə böyük ziyan vurub.
"Report"un "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Er departamentinin inzibati mərkəzi olan Evreux şəhərindəki müəssisələri, mağazaları və binaları su basıb, dam örtükləri zədələnib. Le Mesnil-Jourdain şəhərində ev ildırım vurması nəticəsində yanıb.
KİV Fransanın digər departamentlərində də şəhər təsərrüfatı və yaşayış binalarına ziyan dəydiyini bildirib.
Rusiya Prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə İslam Respublikasının ali lideri Əli Xameniyə məktub göndərib.
Kolumbiyanın şimalında Arauka departamentində yerləşən ən böyük neft kəmərlərindən biri hücuma məruz qalıb.
ABŞ-nin Yəmən ərazisinə endirdiyi hava zərbələri nəticəsində azı 38 nəfər həlak olub, daha 102 nəfər yaralanıb.