Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdullah bin Touq Al Marri Şuşada səhər yürüşünə çıxıb.
"Report"un məlumatına görə, nazir və həmkarları səhər saatlarında Şuşanın əsas küçə və xiyabanlarından keçməklə Cıdır düzünə qədər yürüş ediblər.
Qonaqlar Şuşanın turizm imkanlarını yüksək qiymətləndirib, mədəniyyət paytaxtının mötəbər turizm bölgəsinə çevriləcəyinə əminliklərini ifadə ediblər.
Qeyd edək ki, Şuşada iqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ-li həmkarı Abdullah bin Touq Al Marrinin iştirakı ilə Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilir.
Azərbaycanda akkreditə olunmuş diplomatlar, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada yaşayış kompleksində olub.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Bu gündən etibarən, 2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyata start verilir.
Azərbaycanda akkreditə olunmuş diplomatlar, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada Azərbaycanın görkəmli opera müğənnisi, musiqişünas və folklorşünas Bülbülün ev-muzeyini ziyarət edib.