Rusiyanın Nijni Tagil şəhərində yaşayış binasında partlayış baş verib.
Oxu.Az "RİA Novosti"yə istinadən bildirir ki, binada qaz partlayıb.
Hadisə nəticəsində bir blok tamamilə uçub. Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerindədirlər. Hələlik üç nəfər dağıntılar altından çıxarılıb.
Braziliyanın San-Paulo şəhərində təyyarə qəzası nəticəsində iki nəfər həlak olub.
Türkiyənin Egey dənizi sahillərində 4,8 bal gücündə zəlzələ baş verib.
Türkiyə Suriya Silahlı Qüvvələrinin döyüş qabiliyyətini gücləndirmək üçün fəaliyyət planı hazırlanmasına yardım edəcək.