Şimali Brabant əyalətinin Ruxpena şəhəri yaxınlığında Niderlandın A58 magistralında təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan yeganə şəxs - pilot həlak olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi və Qərbi Brabantın fövqəladə hallar xidməti məlumat yayıb.
Hadisə ilə əlaqədar magistral hər iki istiqamətdə bağlanıb.
Qəzaya uğrayan təyyarənin növü və faciənin səbəbi məlum deyil.
İsrail ordusunun Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 404-ə yüksəlib.
Hondurasda sərnişin təyyarəsinin dənizə düşməsi nəticəsində azı 12 nəfər həlak olub.