Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov (2703 xal) iki pillə irəliləyərək 17-ci olub.
Teymur Rəcəbov (2700) 33-cü sıradadır. Rauf Məmmədov isə 100-lükdən kənarda qalıb.
Siyahıya norveçli Maqnus Karlsen (2832) başçılıq edir. ABŞ şahmatçısı Hikaru Nakamura (2802) ikinci, bu ölkənin digər qrosmeysteri Fabiano Karuana (2793) üçüncüdür.
Qadınlardan iki pillə irəliləyən Günay Məmmədzadə (2441) 31-ci yerdədir. Bir sıra geriləyən Gövhər Beydullayeva (2412) 43-cü, 13 mövqe itirən Xanım Balacayeva (2384) 60-cıdır. Ülviyyə Fətəliyeva (2369) isə 21 pillə geriləməklə 72-ci sırada qərarlaşıb.
Siyahıya çinli Yifan Hou (2633) başçılıq edir. İlk üçlüyü çinli şahmatçılar Venjun Ju (2563) və Ley Tinqjie (2549) tamamlayıblar.
Bu gün Azərbaycan Basketbol Liqasında VI tura start veriləcək.
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tur başlayacaq.
Azərbaycan təmsilçiləri İtaliyanın Venesiya şəhərində Dünya Karate Federasiyasının (WKF) yeniyetmə və gənclər arasında keçirilən "2024 / Karate - 1 Liqası"nda iki medal qazanıblar.