İlham Əliyev metronun "Gənclik" stansiyası yanındakı yeni parkda işlərin gedişi ilə tanış olub

İlham Əliyev metronun "Gənclik" stansiyası yanındakı yeni parkda işlərin gedişi ilə tanış olub
30 İyul 2024 14:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda, metronun "Gənclik" stansiyası yanında yaradılan yeni parkda işlərin gedişi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına parkda görülən və həyata keçiriləcək işlər barədə məlumat verib.

Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda salınan yeni parkdır.

"Antena" parkı kimi tanınan bu ərazi əvvəllər baxımsız vəziyyətdə olub. İstirahət parkının yenidən qurulması və bərpası ilə əlaqədar bu ərazidə yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb. Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19 hektara çatdırılıb.

Qeyd olunub ki, parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və həmin binada bərpa işləri aparılacaq.

Yenidən qurulan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Belə ki, burada müasir tələblərə cavab verən iki restoran inşa olunur. Həmçinin, burada iki fəvvarə də quraşdırılacaq. Bu da istirahət məkanına əlavə gözəllik verəcək.

Müasir istirahət kompleksinin ərazisinin 13,8 hektarında yaşıllıq sahələri salınacaq. Burada işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulacaq. Parkda piyada və velosiped yolları çəkiləcək, uşaq-əyləncə və idman meydançaları yaradılacaq.

Bildirildi ki, yenidən qurulan parkla yaxınlıqdakı "Dədə Qorqud" parkını əlaqələndirəcək tunelin də inşasına başlanılıb.

Dövlətimizin başçısına, eyni zamanda, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Binə qəsəbəsi ərazisində yeni salınmış istixanası barədə də məlumat verilib. Qeyd olunub ki, istixanada bir milyonadək gül yetişdiriləcək. Bu da ölkəmizə gül idxalının həcmini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.

Yenidən qurulan park, həmçinin, Azərbaycan dövlətinin ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması, o cümlədən "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində görülən işlərə daha bir töhfə olacaq.

 

 


15 İyul 2025
Siyasət

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında imzalanmış iki Anlaşma Memorandumu təsdiqlənib

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

15 İyul 2025
Siyasət

Prezident Səudiyyə Ərəbistanı ilə imzalanmış iki memorandumu TƏSDİQLƏDİ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib.

15 İyul 2025
Siyasət

Əhliman Əmiraslanov: Azərbaycanın 15 iyul hadisələri zamanı Türkiyəyə dəstəyi qardaşlıq nümunəsi idi

Bu gün Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq münasibətləri ən yüksək zirvəsini yaşayır.

15 İyul 2025
Siyasət

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

15 İyul 2025
Siyasət

Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

Slovakiya Azərbaycanda fəxri konsulluq açmağı planlaşdırır.