Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda final matçına çıxıb.
Oxu.Az xəbər verir ki, Evren Alkayanın yetirmələri həlledici görüşdə Kipr yığması ilə üz-üzə gəliblər.
Qarşılaşma millimizin 69:52 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan yığması bu nəticədən sonra ardıcıl ikinci dəfə Avropa çempionatının qalibi adını qazanıb.
Qeyd edək ki, qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən gənc basketbolçularımız yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıblar - 92:62. Yarış Cəbəllütariqdə keçirilib.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Yardımlıda Yardımlı, Masallı, Cəlilabad, Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.
Milli Məclis Azərbaycanla Pakistan arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq sazişini təsdiq edəcək.
Amasyada 4.6 bal gücündə zəlzələ baş verib.