Naxçıvanda velosiped yarışı keçirilib

Naxçıvanda velosiped yarışı keçirilib
12 İyul 2024 16:47

Naxçıvan Muxtar Respublikasında 10 km məsafə üzrə velosiped yarışı keçirilib.

"Report" Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvanın 100 illik yubileyi, həmçinin "Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə təşkil edilən turnirə müxtəlif qurumların əməkdaşları və 14 yaşdan yuxarı şəxslər olmaqla, 100-dən çox həvəskar velosipedçi qatılıb.

İştirakçılar Heydər Əliyev Muzeyinin önündən başlayaraq, marşrut üzrə Uzunoba Təlim-Məşq İdman Kompleksi ətrafındakı finiş xəttinədək olan məsafəni qət ediblər.

Yarışın qalibi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Cavid Qasımlı olub. Digər polis əməkdaşı Asiman Cabbarov ikinci yeri tutub. Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Fərid Allahverdiyev isə üçüncü olub.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov ilk üç yerin sahiblərini diplomla təltif edib.

Qeyd edək ki, yarış ekoloji təmiz nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin təbliği, əhalinin sağlam həyat tərzinə sövq edilməsi və ekosistemin qorunmasına töhfə verilməsi məqsədləri daşıyıb.


7 Fev 2025
Cəmiyyət

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

7 Fev 2025
Cəmiyyət

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Tağıyev dəfn edilib

İmişli rayonunda naməlum əsgərlərin məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşad Qubad oğlu Tağıyevin meyitinin qalıqları Salyan rayonuna gətirilib.

7 Fev 2025
Cəmiyyət

Sabah qar yağacaq, yollar buz bağlayacaq - 08.02.2025

Azərbaycan ərazisində fevralın 8-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

7 Fev 2025
Cəmiyyət

Bu gün daha altı güləşçimiz Xorvatiyada keçirilən beynəlxalq turnirdə mübarizəyə qoşulacaq

Xorvatiyanın Zaqreb şəhərində keçirilən ilin ilk reytinqli turnirində bu gün Azərbaycanın daha altı güləşçisi mübarizəyə start verəcək.

7 Fev 2025
Cəmiyyət

Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.