Azərbaycanı beynəlxalq turnirdə təmsil edəcək gimnastlar bəlli olub

Azərbaycanı beynəlxalq turnirdə təmsil edəcək gimnastlar bəlli olub
10 İyul 2024 17:08

Azərbaycanı Portuqaliyanın Santarem şəhərində keçiriləcək batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində təmsil edəcək idmançılar müəyyənləşib.

Bu barədə "Report"a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Məşqçilər Abdulla Qasımov və Hafiz Rzayevin rəhbərliyi altında yarışa batut gimnastları Əli Niftəliyev, Ammar Baxşalıyev, Ayan Şabanova, Samirə Hüseynova, Nicat Mirzəyev, Hüseyn Abbasov, İbrahim Mustafazadə, Fərhad Mustafayev, Ömər Qasımlı və Fərhad Vəliyev yollanacaq. Rövşən Qurbanov isə hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Scalabis Cup” iyulun 11-13-də keçiriləcək.


18 Mar 2025
İdman

Üçqat dünya çempionumuz İrina Zaretskaya tatamiyə qayıdır

Karate üzrə üçqat dünya çempionu İrina Zaretskaya tatamiyə qayıdır.

17 Mar 2025
İdman

Avarçəkmə üzrə Azərbaycan birinciliyinə yekun vurulub

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkil etdiyi avarçəkmə üzrə ölkə birinciliyinə yekun vurulub.

17 Mar 2025
İdman

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

Ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.

17 Mar 2025
İdman

İlham Əliyevdən "Azərenerji" ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

17 Mar 2025
İdman

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb - FOTO

Şüvəlandakı Ağırlıqqaldırma Akademiyasında keçirilən U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinin son günü gərgin və maraqlı mübarizə ilə yadda qalıb.