ABŞ-nin ardınca Almaniya da Gürcüstanla münasibətlərinə yenidən baxmaq qərarına gəlib.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer bildirib.
Səfir deyib ki, Almaniya Silahlı Qüvvələri NATO-nun Gürcüstanda keçirilən “Layiqli tərəfdaş” təlimində iştirakdan imtina edib.
"Biz keçən il Tbilisidə keçirilən və bu yay Berlində keçirilməli olan böyük hüquq forumunu ləğv etdik. Növbəti addımları nəzərdən keçirəcəyik. Gürcüstan vətəndaşları Aİ-nin nə qədər vacib olduğunu düşünməlidirlər. Əgər bunu istəyirlərsə, yenidən yola qayıtmalı olacaqlar”, - deyə səfir əlavə edib.
İsrail ordusunun Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 404-ə yüksəlib.
Hondurasda sərnişin təyyarəsinin dənizə düşməsi nəticəsində azı 12 nəfər həlak olub.