Xankəndiyə media-tur təşkil edilib

Xankəndiyə media-tur təşkil edilib
09 İyul 2024 15:38

Azərbaycanın bir qrup media nümayəndəsi Prezident İlham Əliyevin iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra açılışını etdiyi “Palace” və “Qarabağ” hotelində yaradılan şəraitlə tanış olublar.

“Report”un Xankəndi şəhərinə ezam olunan əməkdaşının verdiyi məlumata görə, “Palace” hoteldə müxtəlif tipli 54 otaq var.

Burada ən müasir iaşə məkanları da yaradılıb. Lobbi, açıq və qapalı terras zonalarından ibarət restoranda 300 qonağı qəbul etmək imkanı olacaq.

Bundan başqa, burada səhər yeməyi restoranı, “Şirin Coffee & Bakery”, “Cafe Park-Fast Food” və “Dəfnə” restoranları fəaliyyət göstərəcək. Hotelin əyləncə və istirahət zonalarında SPA, sauna və qapalı hovuz, idman zalı yaradılıb.

Daha sonra jurnalistlərə “Qarabağ” hotelində yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib.

Qeyd edilib ki, hotel ötən əsrin ortalarında istifadəyə verilib.

2023-cü ildə 24 saatlıq antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam bərpasından sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlandı. Yenidənqurma işlərindən sonra bina ilkin görkəminə qaytarılıb.

Bildirilib ki, hotelin keçmiş adı da qaytarılıb və “Qarabağ” adı ilə fəaliyyət göstərəcək. Müasir səviyyəyə çatdırılan hoteldə Xankəndi şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran da qonaqların ixtiyarına veriləcək. Hoteldə işgüzar görüşlər və tədbirlər keçirmək də mümkün olacaq. Hotelə yaxın olan ərazidə abadlıq işləri də görülüb.

Yaradılan şərait onu deməyə əsas verir ki, Xankəndi qonaqlarını qarşılama tam hazırdır.


24 Yan 2025
Cəmiyyət

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində 2024-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

24 Yan 2025
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb - 25.01.2025

Azərbaycan ərazisində yanvarın 25-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

24 Yan 2025
Cəmiyyət

"Azeri Light" markalı neft ucuzlaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,76 ABŞ dolları, yaxud 0,92% azalaraq, 81,23 ABŞ dolları olub.

24 Yan 2025
Cəmiyyət

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (24.01.2025)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

24 Yan 2025
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 24.01.2025

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.