Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq

Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq
11 İyun 2024 11:12

Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 00:50:56-da daxil olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirəcək və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (Bakı üçün 73⁰.1) olacaq.

Həmin gün ən uzun gündüz və ən qısa gecə yaşanacaq.

Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq. Günəşə qədər məsafə 152.025 milyon km təşkil edəcək. 14 gündən sonra isə - iyulun 5-i saat 09:06-da Yer orbitinin Günəşdən ən uzaq nöqtəsində - afelidə, Günəşə qədər məsafə isə 152.1 milyon km olacaq.

Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 40 saniyə təşkil edəcək.


18 İyun 2024
Cəmiyyət

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür

Müasir müstəqil Azərbaycan Respublikasında ilk dəfə 1998-ci il iyunun 18-də ulu öndər Heydər Əliyev tərəfindən "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə məhz həmin tarixi gün – iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü elan edilib.

18 İyun 2024
Cəmiyyət

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 14 il ötür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin növbəti ildönümüdür.

14 İyun 2024
Cəmiyyət

Ağalıda növbəti dəfə "Son zəng" çalındı

Zəngilanın Ağalı kənd orta məktəbində növbəti dəfə "Son zəng" mərasimi keçirilib.

14 İyun 2024
Cəmiyyət

Şənbə gününün hava proqnozu AÇIQLANDI

Ölkə ərazisində iyunun 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

14 İyun 2024
Cəmiyyət

Allahşükür Paşazadə Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.