Azərbaycan və Özbəkistan arasında bağlanan bir sıra sazişlər təsdiq olunub

Azərbaycan və Özbəkistan arasında bağlanan bir sıra sazişlər təsdiq olunub
21 Noy 2023 15:42

Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan hökumətləri arasında bağlanmış iki sazişi təsdiq edib.

Bu barədə President.az xəbər verir.

Dövlət başçısının imzaladığı fərmanla 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş” təsdiq edilib.

Bu saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək həvalə olunub.

Həmçinin, Azərbaycan Prezidenti digər bir fərmanla 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Özbəkistan Respublikasının Gənclər Siyasəti və İdman Nazirliyi arasında gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş”i təsdiq edib.

Bu saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə hər iki sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərmək həvalə olunub.


30 Noy 2023
Siyasət

Kiyev sakinlərindən təşəkkür: “Çoxunun etmədiyini Azərbaycan edir” - VİDEO

Müharibə başlayan ilk gündən Azərbaycan Ukrayna xalqına humanitar yardımlar göstərib.

30 Noy 2023
Siyasət

Azərbaycan və Əlcəzair XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb - FOTO

Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.

30 Noy 2023
Siyasət

Bakıda hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi keçirilib - FOTO/VİDEO

Dövlət Sərhəd Xidməti (DSX), Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda təşkil olunan hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi keçirilib.

30 Noy 2023
Siyasət

Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkilir - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkir.

29 Noy 2023
Siyasət

Bakı və Sumqayıtda dəm qazı normadan yüksək olub

Bu gün Bakı və Sumqayıtda dəm qazının normadan yüksək olduğu müəyyən edilib.