Nazir: “Azərbaycan Qırğızıstan ilə turizm sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirir”

Nazir: “Azərbaycan Qırğızıstan ilə turizm sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirir”
21 Noy 2023 11:42

“Azərbaycan ilə Qırğızıstan arasında turizm sahəsində əməkdaşlıq əlaqələri inkişaf edir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi” mövzusunda baş tutan SPECA 2023 İqtisadi Forumunda deyib.

“Qırğızıstan regionumuzda xüsusi rol oynayır. Ticarətin artımı üçün səmərəli fəaliyyət göstərir və əlaqələrimiz genişlənir. Bu il biz birgə İnvestisiya Fondu da yaratmışıq. Bizim Qırğızıstana yatırdığımız investisiyalar burada çox sahələri əhatə edən layihələr həyata keçirdiyimizi göstərir”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, İnvestisiya Fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dollarıdır. Onun mənzil-qərargahı Bişkekdə yerləşir.

Fond fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlər və borclar verəcək, kapitalda iştirak edəcək və digər maliyyə alətlərindən istifadə etməklə, o cümlədən aşağıdakı sahələr üzrə təsisçilər üçün prioritet layihələrə investisiya qoyacaq: aqrar-sənaye kompleksi, su təchizatı sektoru, səhiyyə sektoru, avtomobil sənayesi, elm, tədqiqat və texnologiya, təbii qaz sənayesi, geyim və tekstil sənayesi, mədənçıxarma və metallurgiya sənayesi və sairə.

Azərbaycanın İssık-Kul gölünün sahilində beşulduzlu hotelin tikintisini planlaşdırır. Qırğızıstan Nazirlər Kabineti pansionata gedən infrastrukturun tamamlanması və yolun çəkilməsi, mehmanxananın 10 il müddətinə vergilərdən azad edilməsi, eləcə də torpağın istifadə müddətinin uzadılması hüququ ilə 49 il müddətinə verilməsi, Azərbaycan isə üç il ərzində hotelin tikintisini və işlərin 70%-də qırğızıstanlı vətəndaşlarının çalışdırılmasını öhdəsinə götürüb.


30 Noy 2023
Siyasət

Kiyev sakinlərindən təşəkkür: “Çoxunun etmədiyini Azərbaycan edir” - VİDEO

Müharibə başlayan ilk gündən Azərbaycan Ukrayna xalqına humanitar yardımlar göstərib.

30 Noy 2023
Siyasət

Azərbaycan və Əlcəzair XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb - FOTO

Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.

30 Noy 2023
Siyasət

Bakıda hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi keçirilib - FOTO/VİDEO

Dövlət Sərhəd Xidməti (DSX), Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda təşkil olunan hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi keçirilib.

30 Noy 2023
Siyasət

Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkilir - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkir.

29 Noy 2023
Siyasət

Bakı və Sumqayıtda dəm qazı normadan yüksək olub

Bu gün Bakı və Sumqayıtda dəm qazının normadan yüksək olduğu müəyyən edilib.