Bakıda SPECA-nın İqtisadi Forumu keçirilir - FOTO

Bakıda SPECA-nın İqtisadi Forumu keçirilir - FOTO
21 Noy 2023 11:37

Bu gün Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində İqtisadi Forum işinə başlayıb.

“Report” xəbər verir ki, SPECA 2023 İqtisadi Forumunda iştirakçı dövlətlərin ümumi problemlərinin həlli ilə bağlı yeni strategiyaların hazırlanması, o cümlədən proqram çərçivəsində Etimad Fondunun yaradılması məsələsi müzakirə edilir.

“SPECA regionunun qlobal bağlantı qovşağına çevrilməsi” başlığı altında İqtisadi Forumun keçirilməsində məqsəd proqramın xidmətyönümlü, çevik və strateji platformaya çevrilməsidir.

Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qazaxıstanın iqtisadiyyat nazirinin müavini Abzal Abdikarimov, Qırğızıstanın iqtisadiyyat və ticarət nazirinin müavini Kanatbek Abdrahmanov, Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzoda, Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Badriddin Abidov, Türkmənistanın BMT-dəki daimi nümayəndəsi, səfir Atageldi Haljanov, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin, BMT-nin Asiya və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibinin müavini Hirohito Toda və Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edirlər.

Tədbirdə təchizat zəncirində məlumatların rəqəmsal transformasiyası və sənəd mübadiləsi, nəqliyyat bağlantısı, SPECA bölgəsində yaşıl enerji bağlılığı mövzularında müzakirələr aparılacaq, yeni çağırışlar fonunda Orta Dəhlizin artan əhəmiyyətinə diqqət yetiriləcək.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan həyata keçirir.

 


30 Noy 2023
Siyasət

Kiyev sakinlərindən təşəkkür: “Çoxunun etmədiyini Azərbaycan edir” - VİDEO

Müharibə başlayan ilk gündən Azərbaycan Ukrayna xalqına humanitar yardımlar göstərib.

30 Noy 2023
Siyasət

Azərbaycan və Əlcəzair XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb - FOTO

Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.

30 Noy 2023
Siyasət

Bakıda hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi keçirilib - FOTO/VİDEO

Dövlət Sərhəd Xidməti (DSX), Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda təşkil olunan hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi keçirilib.

30 Noy 2023
Siyasət

Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkilir - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkir.

29 Noy 2023
Siyasət

Bakı və Sumqayıtda dəm qazı normadan yüksək olub

Bu gün Bakı və Sumqayıtda dəm qazının normadan yüksək olduğu müəyyən edilib.