Elbrus Rzayev: “Boksçularımız ümidləri doğrultdular”

Elbrus Rzayev: “Boksçularımız ümidləri doğrultdular”
21 Noy 2023 10:11

“Avropa çempionatına komanda olaraq çox ciddi hazırlaşmışdıq. Boksçularımız ümidləri doğrultdular”.

“Report” xəbər verir ki, bu sözləri gənc oğlan boksçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elbrus Rzayev 22 yaşadək boksçular arasında Avropa çempionatında qazanılan uğurlar barədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Nicat Hüseynovun final döyüşü çox gərgin keçib:

“Amma biz onun qələbə qazanacağına əmin idik. Çünki boksçularımız da çox əziyyət çəkmişdilər, hər birinin çıxışından razı qaldım. Tural Sarıyevin rusiyalı boksçu ilə görüşündə də bəzi haqsızlıqlar yaşandı. Əks təqdirdə, o da qızıl medalın sahibi olacaqdı. Ümid edirəm ki, gələcəkdə nailiyyətlərimizin sayı daha da artar".

Qeyd edək ki, Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında 22 yaşadək boksçular arasında medal sayında yeni rekord vuran Azərbaycan milli komandasının üzvləri Vətənə dönüblər.

Yığma komanda Avropa çempionatında beş medal qazanmaqla tarixi ilki reallaşdırıb. Komandanın heyətində Nicat Hüseynov (51 kiloqram) qızıl, Əzrək Bəbirov (57 kiloqram) gümüş, Tural Sarıyev (48 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Marjona Savriyeva (50 kiloqram) bürünc medal qazanıblar.


13 İyun 2025
İdman

Azərbaycan güləşçisi Avropa çempionatında medal qazanmasına münasibət bildirib

Azərbaycanın yunan-Roma güləşçisi Nicat Yeylaqaliyev (80 kq) Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunan Avropa çempionatında bürünc medal qazanmasına münasibət bildirib.

13 İyun 2025
İdman

Azərbaycanın voleybol milliləri bu gün növbəti matçlarına çıxacaqlar

Kişi və qadın voleybolçulardan ibarət Azərbaycan milliləri bu gün növbəti oyunlarını keçirəcəklər.

13 İyun 2025
İdman

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.

12 İyun 2025
İdman

Azərbaycanın qadınlardan ibarət millisi FIFA reytinqində irəliləyib

Azərbaycanın qadınlardan ibarət futbol millisi FIFA reytinqində irəliləyib.

12 İyun 2025
İdman

Azərbaycanın basketbol millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək

Azərbaycanın oğlan basketbolçulardan ibarət U-18 millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək.