Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
“Report” xəbər verir ki, bu gün Laçının Zabux kəndinə yola düşən növbəti köç karvanı ünvanına çatıb.
25 ailə və daha 91 nəfər kənd sakini kəndə gələrkən böyük coşqu ilə qarşılanıb, onlara mənzillərin açarları təqdim olunub.
Bununla da Zabux kəndində 96 ailənin, yəni 382 nəfərin daimi məskunlaşması təmin edilib.
06:48
Saatlı və Ağdaşda Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Noyabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə işgüzar səfərə yola düşüb.