Azərbaycanda son bir həftədə (13.11-19.11.2023) koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 897, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 570, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 373, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 524, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 430 təşkil edir.
Saatlı və Ağdaşda Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Noyabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə işgüzar səfərə yola düşüb.