Milli Dirçəliş Gününə həsr olunmuş musiqi axşamı keçirilib - FOTO

Milli Dirçəliş Gününə həsr olunmuş musiqi axşamı keçirilib - FOTO
20 Noy 2023 15:05

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Filarmoniyasının dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Milli Konservatoriyasının tərəfdaşlığı ilə Milli Dirçəliş Gününə həsr olunmuş “Azərbaycan, yazın gəldi” adlı musiqi axşamı keçirilib.

Oxu.Az xəbər verir ki, Kamera və Orqan Musiqisi Zalında keçirilən tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər proqramı çərçivəsində baş tutub.

Tədbirdə çıxış edən “İRƏLİ” İctimai Birliyinin əməkdaşı Riad Cəbrayılov xalqımızın milli-azadlıq hərəkatı tarixindən bəhs edərək, bu tarixdə Milli Dirçəliş Gününün əhəmiyyətinə toxunub. Qeyd olunub ki, ötən əsrin 80-ci illərində Azərbaycanın milli azadlıq hərəkatı dövlət müstəqilliyinin bərpasında olduqca mühüm rol oynayıb.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra olduqca böyük uğurlar əldə etdiyini bildirən Riad Cəbrayılov diqqətə çatdırıb ki, bu nailiyyətlərin məntiqi nəticəsi olaraq 44 günlük Vətən müharibəsində qazanılmış qələbə dövlətimizin gücü, xalqımızın birlik və həmrəyliyindən xəbər verir. 30 ildə Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan regionda prosesləri diktə edən tərəf olaraq, sülhün və sabitliyin əsas təminatçısıdır.

Daha sonra çıxış edən musiqişünas, bəstəkar Rüzgar Əhmədzadə “Şəms Qəmər” kamera xoru kollektivinin zəngin repertuarından bəhs edib. Vurğulanıb ki, 21-ci əsrdə görkəmli Azərbaycan bəstəkarlarının kütləvi janrlarda yaratmış olduqları əsərlərin, habelə yeni, gənc nəsil bəstəkarların əsərlərinin təqdimatı olduqca həssas və məsuliyyətli bir işdir. Bu işdə gənclərin üzərinə böyük vəzifələr düşür. Bu xüsusda, yaradıcı gənclərin birlikdə əmək sərf edərək belə tədbirlərin təşkili olduqca vacib və əhəmiyyətlidir.

Konsert proqramının davamında görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Rauf Hacıyev, Leonid Vaynşteyn və gənc bəstəkarlar Aysel Əzizova, Rüzgar Əhmədzadə, Röya Hüseynovanın müxtəlif əsərləri xalq mahnıları, həmçinin bədii kompozisiyalar təqdim olunub.

 


15 May 2025
Cəmiyyət

İşğaldan azad olunan ərazilərə köçürülən 4 300 şəxs məşğulluqla təmin edilib

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən artıq 4300 şəxsin məşğulluğu təmin edilib.

15 May 2025
Cəmiyyət

Azərbaycan Ordusunda komanda-qərargah məşqi keçirilir

2025-ci ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir.

15 May 2025
Cəmiyyət

Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub

Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub.

15 May 2025
Cəmiyyət

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 10 %-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 179 min 500 sərnişin daşınıb.

15 May 2025
Cəmiyyət

Ceyranbatan-Pirallahı magistral su kəmərinin tikintisi 50 % tamamlanıb

Ceyranbatan-Abşeron-Balaxanı-Ramanı-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi layihəsi çərçivəsində işlərin artıq 50 %-i icra olunub.