İsrail Qəzzada əməliyyatın yeni mərhələsinə başlayacaq

İsrail Qəzzada əməliyyatın yeni mərhələsinə başlayacaq
20 Noy 2023 12:44

Qəzza zolağının şimalında hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail Müdafiə Qüvvələri əməliyyatın yeni mərhələsinə keçəcək.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Conatan Konrikus “StandWithUs” qeyri-hökumət təhsil təşkilatının efirində çıxışı zamanı danışıb.

“Döyüşlərin növbəti mərhələsi Qəzza zolağının şimalında HƏMAS-ın qalıqlarını bitirməyə həsr olunacaq. Bu, asan məsələ deyil, düşünməyin ki, biz onu bir kənara atmışıq. Qəzzanın şimalında hələ də ciddi döyüşlər gedir. Amma gec-tez bu da bitəcək. Ümid edirik ki, bu, İsrail üçün əlavə itkiləri olmadan baş verəcək”, - deyə o bildirib.

“Bu, həyata keçirildikdən sonra biz döyüşün yeni mərhələsinə keçəcəyik, çünki ümumi məqsəd HƏMAS-ın bütün infrastrukturunu məhv etməkdir. Biz heç vaxt özümüzü heç bir coğrafi sərhədlə məhdudlaşdırmamışıq. Biz, sadəcə olaraq, ilk mərhələdə Qəzzanın şimalında döyüşəcəyimizi demişdik”, - Konrikus əlavə edib.


30 Noy 2023
Dünya

İsrail və HƏMAS Qəzzada atəşkəsi uzadıb

İsrail hakimiyyəti və Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsin uzadılması barədə razılığa gəlib.

30 Noy 2023
Dünya

Blinken dördüncü dəfə İsrailə səfər etdi

ABŞ dövlət katibi Antoni Blinken İsrailə səfər edib.

30 Noy 2023
Dünya

Almatıda yanğın: Ondan çox insan öldü - VİDEO

Qazaxıstanın keçmiş paytaxtı Almatıda baş verən yanğında 13 nəfər həlak olub.

30 Noy 2023
Dünya

Çində uşaqlar arasında naməlum pnevmoniya yayılmağa başlayıb

Çində uşaqlar kütləvi şəkildə pnevmoniya ilə xəstələnməyə başlayıblar.