Bu gün Rusiya paytaxtının üç hava limanında 24 reys təxirə salınıb və ləğv edilib.
Üç təyyarə Şeremetyevo hava limanında cədvəl üzrə havaya qalxmayıb. Vnukovo hava limanında altı uçuş planlaşdırılandan gec baş verib və üç uçuş isə ləğv edilib. Eyni zamanda, Domodedovo hava limanında səkkiz reys gecikib, dörd reys isə ləğv edilib.
Jukovski hava limanında qrafikin pozulması barədə məlumat yoxdur.
Qeyd edək ki, Moskva hava limanlarında təyyarələrin uçuş vaxtlarının kütləvi şəkildə dəyişdirilməsinin səbəbləri açıqlanmır.
Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda 3 mərtəbəli taxta tərk edilmiş bina yola doğru uçub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.
İsrail hakimiyyəti və Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsin uzadılması barədə razılığa gəlib.