Prezident: “Azərbaycanda qadın hüquqlarının təmin olunması daim diqqət mərkəzindədir”

Prezident: “Azərbaycanda qadın hüquqlarının təmin olunması daim diqqət mərkəzindədir”
20 Noy 2023 11:07

“Azərbaycanda qadın hüquqlarının təmin olunması və onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılması daim diqqət mərkəzindədir”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 20-də Bakıda keçirilən Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına müraciətində yer alıb.

Bu gün də Azərbaycan qadınlarının elm, təhsil, səhiyyə, incəsənət və digər sahələrdəki əzmkar və çoxşaxəli fəaliyyətləri ilə ölkəmizin rifahına və tərəqqisinə dəyərli töhfələr verdiklərini qeyd dövlətimizin başçısı vurğulayıb:

“Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin 63 faizini qadınlar təşkil edir. Dövlət tibb müəssisələrinin tibbi kadrlarının 70 faizi qadındır. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 40 faizdir. Dövlət tərəfindən özünüməşğulluq proqramlarına göstərilən dəstək tədbirləri nəticəsində fərdi sahibkar qadınların sayı artmaqdadır.

Torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad olunması, tarixi Zəfərin qazanılması Azərbaycan qadınlarının vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların sayəsində mümkün olub”.


30 Noy 2023
Siyasət

Kiyev sakinlərindən təşəkkür: “Çoxunun etmədiyini Azərbaycan edir” - VİDEO

Müharibə başlayan ilk gündən Azərbaycan Ukrayna xalqına humanitar yardımlar göstərib.

30 Noy 2023
Siyasət

Azərbaycan və Əlcəzair XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb - FOTO

Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.

30 Noy 2023
Siyasət

Bakıda hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi keçirilib - FOTO/VİDEO

Dövlət Sərhəd Xidməti (DSX), Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda təşkil olunan hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi keçirilib.

30 Noy 2023
Siyasət

Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkilir - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkir.

29 Noy 2023
Siyasət

Bakı və Sumqayıtda dəm qazı normadan yüksək olub

Bu gün Bakı və Sumqayıtda dəm qazının normadan yüksək olduğu müəyyən edilib.