Azərbaycan Prezidenti: “Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmişik”

Azərbaycan Prezidenti: “Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmişik”
20 Noy 2023 11:01

“Azərbaycan sədrliyi dövründə (Qoşulmama Hərəkatına - red.) dekolonizasiya gündəliyinə xüsusi diqqət ayırmışdı. Biz bəzi ölkələr, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 20-də Bakıda keçirilən Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına müraciətində bildirilib.

Kolonializmin qadınların hüquqlarına da mənfi təsir göstərdiyini qeyd edən dövlətimizin başçısı bu xüsusda, konfransa paralel olaraq müvafiq mövzuda tədbirin keçirilməsini alqışlayıb.

“Qadınların hüquqlarının müdafiəsi, cəmiyyətdə rolunun gücləndirilməsi Qoşulmama Hərəkatının gündəliyində önəmli yer tutur. Hərəkat tərəfindən ardıcıl olaraq qəbul edilmiş sənədlərdə, o cümlədən 2019-cu il Bakı Zirvə toplantısının yekun sənədində bu mövzuya xüsusi diqqət yetirilib və bu sahədə üzv dövlətlərin öhdəlikləri müəyyən edilib”, - deyə müraciətdə vurğulanıb.


30 Noy 2023
Siyasət

Kiyev sakinlərindən təşəkkür: “Çoxunun etmədiyini Azərbaycan edir” - VİDEO

Müharibə başlayan ilk gündən Azərbaycan Ukrayna xalqına humanitar yardımlar göstərib.

30 Noy 2023
Siyasət

Azərbaycan və Əlcəzair XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb - FOTO

Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.

30 Noy 2023
Siyasət

Bakıda hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi keçirilib - FOTO/VİDEO

Dövlət Sərhəd Xidməti (DSX), Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda təşkil olunan hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi keçirilib.

30 Noy 2023
Siyasət

Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkilir - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkir.

29 Noy 2023
Siyasət

Bakı və Sumqayıtda dəm qazı normadan yüksək olub

Bu gün Bakı və Sumqayıtda dəm qazının normadan yüksək olduğu müəyyən edilib.